24 fevral 2020, bazar ertəsi
.
.
chevron_left chevron_right
AZƏRBAYCAN

80 azərbaycanlı tələbə Türkiyənin zəlzələ zonasından Naxçıvana təxliyyə olundu

80 azərbaycanlı tələbə Türkiyənin zəlzələ zonasından Naxçıvana təxliyyə olundu

220 Baxış
80 azərbaycanlı tələbə Türkiyənin zəlzələ zonasından Naxçıvana təxliyyə olundu

Türkiyədə zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələr iki avtobusla Naxçıvana yola düşüb.
 
Azərbaycanın Türkiyədəki səfirliyinin ikinci katibi Mürşüd Məmmədovun APA-ya verdiyi məlumata görə, Elazığdan çıxan birinci avtobus yerli vaxtla saat 17:00-da Naxçıvan sərhədi istiqamətində yola çıxıb, avtobusda 41 tələbə olub: "İkinci avtobus Malatyadan 30 tələbəni götürüb Elazığa start alıb, orada 10-dək tələbəmizi də götürüb sərhədə doğru yola çıxacaq”.
 
Elazığ Fırat Universitetindən APA-ya verilən xəbərə görə, universitetdə 232 Azərbaycan vətəndaşı olan tələbə təhsil alır. Malatyadakı İnönü Universitetində isə təhsil alan azərbaycanlı tələbələrin sayı 100-dən çoxdur.
 
M.Məmmədov bildirib ki, hazırda tələbələr tətildə olduqlarına görə, əksəriyyəti vətənə gedib: "Amma qaynar xəttimiz fəaliyyətdədir. Zəlzələ ərazisində yaşayan tələbələrimizlə yanaşı, digər Azərbaycan vətəndaşları olan şəxslər təxliyyə üçün müraciət edə bilərlər”.
 
Qeyd edək ki, Prezident İlham Əliyev Türkiyədə azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyyəsi ilə bağlı tapşırıq verib.





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Səsli xəbərlər
Italiya
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

FAM Group Media X