Ens.az
15 noyabr 2019, cümə
.
.
chevron_left chevron_right
DÜNYA

ABŞ Çindən gətirilən məhsullara yeni rüsumların tətbiqini təxirə sala bilər

ABŞ Çindən gətirilən məhsullara yeni rüsumların tətbiqini təxirə sala bilər

26 Baxış
ABŞ Çindən gətirilən məhsullara yeni rüsumların tətbiqini təxirə sala bilər

Birləşmiş Ştatlar Çindən idxal olunan mallara dekabrın 15-də tətbiq edilməsi planlaşdırılan yeni gömrük rüsumlarını təxirə sala bilər.

AZƏRTAC xəbər verir ki, bunu cümə günü Ağ ev yanında ticarət üzrə milli şuranın rəhbəri Piter Navarro ABŞ milli ictimai radiosuna (NPR) müsahibəsində deyib. “Reallıq belədir ki, biz dekabrın 15-nə planlaşdırılan rüsumlara baxırıq və bu rüsumların təxirə salınmasına hazırıq. Lakin son söz prezidentə məxsusdur”, - deyə Navarro qeyd edib. O əlavə edib ki, Vaşinqton Çin məhsullarına hazırda qüvvədə olan tarifləri ləğv etmək fikrində deyil.

Xatırladaq ki, Amerika və Çin arasında aparılan danışıqlar nəticəsində tərəflər ticarət sazişinin hazırlanması üzrə birinci mərhələ barədə prinsipial razılığa gəliblər.





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Albert Eynşteynin Prinstondakı ofisi. Eynşteynin stolunda hər zaman çoxlu sənəd, müxtəlif mövzulu kitablar olurdu. Onun belə bir sözü var: Əgər stoldakı qarışıqlıq beyindəki qarşılıqdırsa, bəs boş stol nə məna daşıyır?
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X