Ens.az
7 dekabr 2019, şənbə
.
.
chevron_left chevron_right
İDMAN

AVRO-2020-nin Bakı şəhəri üzrə fristaylerləri müəyyənləşib

AVRO-2020-nin Bakı şəhəri üzrə fristaylerləri müəyyənləşib

66 Baxış
AVRO-2020-nin Bakı şəhəri üzrə fristaylerləri müəyyənləşib

AVRO-2020-nin Bakı şəhəri üzrə fristaylerləri müəyyənləşib.

Report” xəbər verir ki, Avropa futbol qurumunun rəsmi saytı vasitəsi ilə aparılan səsvermənin nəticəsinə əsasən, veteran futbolçu Nuqzar KvirtiyaKader Alimova bu hüquqa yiyələniblər.

Digər namizəd Aaron Hacıyev isə kənarda qalıb.

Qeyd edək ki, hər şəhər üzrə yalnız 2 nəfər AVRO-2020-nin fristayleri olacaq və UEFA Avropa çempionatının 60 illik yubileyi münasibətilə keçiriləcək matçlarda, fan-zonalarda, eləcə də kubok turlarında öz ölkələrini təmsil edəcək.

Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq.

İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması Bakı Olimpiya Stadionunda baş tutacaq.





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X