Ens.az
15 noyabr 2019, cümə
.
.
chevron_left chevron_right
MİLLİ QƏHRƏMANLAR

Bu gün 3 Milli Qəhrəmanımızın şəhadət günüdür

Bu gün 3 Milli Qəhrəmanımızın şəhadət günüdür

162 Baxış
Bu gün 3 Milli Qəhrəmanımızın şəhadət günüdür

Bu gün Azərbaycanın 3 Milli Qəhrəmanının ŞƏHİD OLDUĞU GÜNDÜR

İlqar İsmayılov 29 mart 1959-cu il Bakı şəhərində doğulmuşdur. 1966-cı ildə Bakı şəhərindəki 45 saylı orta məktəbə getmiş, 1976-cı ildə təhsilini başa vurmuşdur. Daha sonra Azərbaycan Bədən Tərbiyəsi İnstitunda təhsil almışdır. 1981-ci ildə hərbi xidmətə çağırılımış, 1983-cü ildə ordudan tərxis edilmişdir.

İlqar 1991-ci ildən başlayaraq tez-tez döyüş bölgəsinə gedərdi. Onun şücaəti nəticəsində ermənilərlə vuruşan xeyli xarici vətəndaş ələ keçirilmişdir. Onun rəhbərliyi ilə 128 nəfər döyüşçümüz Qızartı yüksəkliyini erməni basqınçılarından azad etmişdir. İgid komandir 1992-ci il 1 oktyabr qəhrəmancasına həlak olmuşdur.

Ailəli idi, iki övladı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 saylı fərmanı ilə kapitan İsmayılov İlqar Sədi oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Bakı küçələrindən biri onun adını daşıyır, 45 saylı orta məktəbin önündə büstü qoyulub.

* * *

Mirzəyev Kərəm Ərşad oğlu 20 may 1960-cı ildə Qubadlı rayonunun Xanlıq kəndində anadan olmuşdur. 1977-ci ildə burada orta məktəbi bitirmişdir. 1978-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstituna daxil olmuşdur. Azərbaycan İnşaat Universitetini yenicə başa vurub kəndlərinə qayıtmışdı. 1983-1985-ci illərdə hərbi xidmətdə olmuşdur. Kərəm Arxangelsk və Murmansk şəhərlərində tank bölüyündə xidmət etmişdi. 1990-cı ildə Qubadlı rayonunda sahə müvəkkili kimi işə başlayır. Müharibə başlayanda Kərəm baş leytenant idi və doğma Xanlıq kəndində sahə müvəkkili işləyirdi. Bir müddət Kalininqrad şəhərində təhsil aldığdan sonra Vətənə dönür. 30 yaşını yenicə başa vurmuş Kərəmin gələcəklə bağlı çox böyük arzuları vardı. Lakin müharibə onun bütün gələcək arzularını arxa plana keçirdi.

Vətən torpağının xilas olması Kərəm Mirzəyevin hələlik yeganə arzusuna çevrildi. Bir sıra döyüşlərdə şücaət və cəsarət göstərdi. Qızğın döyüş nöqtələrindən çəkinmədi. Kərəm Novlu, Seytas, Əyin və başqa kəndlərin azad edilməsində rəşadətlə vuruşmuşdu. "Laləzar" əməliyyatının keçirilməsində büyük xidməti olmuşdur. 1992-ci il aprel ayında keçirilən bu əməliyyat zamanı erməni quldur dəstəsi tam məhv edildi faşistlərin başçısı Karen döyüş meydanında gəbərdi, onun cəsədini 30 azərbaycanlı əsirə dəyişdilər. 1992-ci il oktyabr ayının əvvəlləri idi. Erməni quldurları Laçın rayonunun Mazutlu kəndinə hücum etdilər. Mühasirəyə düşən döyüşçü yoldaşlarını xilas edən Kərəm 1992-ci il 1 oktyabrda Mazutlu kəndi uğrunda gedən döyüşdə düşmən gülləsinə rast gəldi və qəhrəmancasına həlak oldu.

Yenicə ailə qurmuşdu, bir oğlu vardı.

Azərbaycan Respublikası prezidentinin 11 may 1993-cü il tarixli 599 saylı fərmanı ilə Mirzəyev Kərəm Ərşad oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Özü isə anadan olduğu və ürəyi qədər sevdiyi Qubadlı rayonunun Xanlıq kəndində torpağa tapşırıldı.

Xanlıq kənd orta məktəbi onun adını daşıyır, bu məktəb hal-hazırda Sumqayıt şəhərində fəaliyyət göstərir.

* * *

Əli Məmmədov 11 avqust 1955-ci ildə Naxçıvan şəhərində dünyaya göz açmışdır. Orta təhsilini Bakı şəhərindəki 255 saylı məktəbdə almışdır. 1975-ci ildə ordu sıralarına çağırılır. Əli Macarıstanda xidmətini başa vurur. 1982-ci ildə Polis Akademiyasına daxil olmuşdur. Əli Məmmədov 1992-ci ildən cəbhəyə getməyə başlayır.

Əli Məmmədov 1992-ci il 24 sentyabr Laçın cəbhəsində vuruşmağa başlayır. Qızartı yüksəkliyini ələ keçirən döyüşçülərimiz 1 oktyabr 1992-ci il tarixində səhər tezdən güclü hücuma məruz qalırlar. Yaralıları təhlükəsiz yerə çaıxaran və döyüşün qaynar nöqtəsində vuruşan Əli başından ağır yaralanır. Mərd və cəsur döyüşçü bu yaradan da əbədiyyətə qovuşur.

Ailəli idi, iki övladı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 saylı fərmanı ilə polis kapitanı Məmmədov Əli Hüseyn oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Bakı küçələrindən biri Əli Məmmədovun adını daşıyır.


Mənbə: Karabakhmedia.az




Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
İlk kibrit qutularından biri
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X