26 fevral 2020, çərşənbə
.
.
chevron_left chevron_right
AZƏRBAYCAN

Cəlilabadda qəzalı vəziyyətdə olan məktəb binası ilə maraqlanan yoxdur

Cəlilabadda qəzalı vəziyyətdə olan məktəb binası ilə maraqlanan yoxdur

126 Baxış
Cəlilabadda qəzalı vəziyyətdə olan məktəb binası ilə maraqlanan yoxdur

Cəlilabad şəhər texniki və humanitar fənlər təmayüllü 8 saylı məktəb-lisey binası qəzalı vəziyyətdədir.

Bu barədə Oxu.Az-a şagirdlərin valideynləri tərəfindən ünvanlanan şikayətdə bildirilir.

Valideynlərin sözlərinə görə, rayon mərkəzində yerləşən qəzalı məktəbin vəziyyəti ilə maraqlanan yoxdur:

“Məktəb binası bərbad vəziyyətdədir. Valideynlər uşaqları üçün narahatdır. Heç kim övladının qəzalı vəziyyətdə olan məktəbdə təhsil almasını istəmir. Bu da məktəbdə şagird sayının azalmasına gətirib çıxarır. Məktəbdə istilik sistemi quraşdırılmayıb. Müəllimlər sobada odun yandırmaqla sinif otaqlarını qızdırmağa çalışır. 

Məsələ ilə bağlı cavabdeh orqanlara müraciət etmişik. Hər dəfə məktəbin təmir olunacağını desələr də, heç bir nəticə yoxdur. Xahiş edirik, bu problemin həlli üçün köməklik göstərəsiniz”.

 





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Səsli xəbərlər
Çində 3D printerlə çap olunmuş dünyada ən uzun beton körpüsü inşa olunub. Onun uzunluğu 26,3m, eni 3,6m-dir. Formasına görə ölkədəki 1400 illik ən qədim Ançzi keçidini təkrarlayır. Tikintiyə 176 beton bloku və 450 saat sərf edilib.
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

FAM Group Media X