28 fevral 2020, cümə
.
.
chevron_left chevron_right
MARAQLI

İnsanı xoşbəxt edə biləcək məhsullar açıqlandı

İnsanı xoşbəxt edə biləcək məhsullar açıqlandı

159 Baxış
İnsanı xoşbəxt edə biləcək məhsullar açıqlandı

ABŞ-ın Arizona ştatında yerləşən Mayo klinikasının ekspertləri insanın psixi sağlamlığına müsbət təsir göstərən məhsulların siyahısını açıqlayıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Focus.de” yazıb.

Əhvalın yüksəldilməsi üçün mütəxəssislər balıq, qoz, ispanaq, brokkoli, yumurta və paxlalılardan istifadə etməyi tövsiyə edib.  

Yağlı balıq növlərində depressiya simptomlarını yüngülləşdirən və xoşbəxtlik hormonları (serotonin və dofamin) əmələ gətirən omeqa-3 turşuları var. Paxlalılar, yumurta və qoz aminoturşularla zəngindir, xüsusilə də orqanizmdə seorotoninin balansını dəstəkləyən triptofanla.

Fol turşusu ilə zəngin olan ispanaq və brokkoli yuxu pozğunluğu və depressiyanın qarşını almaqda kömək edirlər.

Mütəxəssislər qeyd ediblər ki, bu siyahıda olan məhsullar yalnız əhvalın və insanın ümumi mənəvi halının yaxşılaşdırılması gücünə malikdir. Depressiya əlamətləri və ya panik atak yarandıqda, ilk növbədə, həkimə müraciət etmək lazımdır.

Hamburger və hot-doqlardakı emal olunmuş ət isə orqanizmə pis təsir göstərir. Onların tərkibindəki nitratlar beynin psixi xəstəliklərə cavabdeh hissəsinə təsir göstərir.

 

 





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Səsli xəbərlər
Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

FAM Group Media X