26 fevral 2020, çərşənbə
.
.
chevron_left chevron_right
TƏHSİL

Vaxtından əvvəl təhsilini başa vuracaq şagirdlər müəyyən olundu

Vaxtından əvvəl təhsilini başa vuracaq şagirdlər müəyyən olundu

71 Baxış
Vaxtından əvvəl təhsilini başa vuracaq şagirdlər müəyyən olundu

Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında keçirilən imtahanların nəticələri bəlli olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Modern.az-a verilən məlumata görə, imtahanlarda şagirdlərin hazırda təhsil aldıqları sinfin II (ikinci), növbəti sinfin I (birinci) yarımili üzrə fənn proqramlarını mənimsəmə səviyyələri, psixoloji dayanıqlıqları, yaradıcı potensialları, ümumi dünyagörüşü səviyyələri yoxlanılıb və ibtidai təhsil səviyyəsi üzrə 3 (üç) şagird müvəffəqiyyət qazanıb.

Belə ki, Bakı şəhəri 319 nömrəli tam orta məktəbin III sinif şagirdi Məhəmməd Həsənli, 95 nömrəli tam orta məktəbin III sinif şagirdi Cəlil Baxşızadə, 86 nömrəli tam orta məktəbin III sinif şagirdi Amin Şükürzadə imtahanlarda uğur qazanaraq IV sinfin II yarımilində təhsillərini davam etdirmək şansını əldə ediblər.

Qeyd edək ki, paytaxtdakı 175 nömrəli tam orta məktəbdə təşkil olunan eksternat imtahanlarında ibtidai təhsil səviyyəsi üzrə 10 (on), ümumi orta təhsil səviyyəsi üzrə 1 (bir), tam orta təhsil səviyyəsi üzrə isə 5 (beş) nəfər olmaqla, ümumilikdə 16 şagird iştirak edib. Şagirdlər hər fəndən 10 sual olmaqla 3 saat ərzində biliklərini nümayiş etdiriblər. Test imtahanından uğurla keçən istedadlı şagirdlər müsahibəyə cəlb olunublar.

Onu da qeyd edək ki, Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları”na əsasən, ümumi təhsil üzrə təhsil səviyyələrini vaxtından əvvəl bitirmə yalnız ibtidai təhsildə III, ümumi orta təhsildə VIII, tam orta təhsildə X sinif şagirdlərinə şamil olunur. Hər hansı bir şagird ümumi təhsil pilləsində oxuduğu müddətdə təhsil səviyyələrindən yalnız birini vaxtından əvvəl bitirə bilər.

 





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Səsli xəbərlər
San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

FAM Group Media X